Zəminə Əliqızı işdən azad olunub
26 Oktyabr 2013 Şənbə 13:11
Zəminə Əliqızı bundan sonra idarədə öz fəaliyyətini baş məsləhətçi kimi davam etdirəcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı işindən azad olunması təqdiqlənib.

Kütləvi informasiya vasitələri ilə iş sektorunun müdiri Cəsarət Valehovun ANS PRESS-ə verilən məlumata görə, Zəminə Əliqızı bundan sonra idarədə öz fəaliyyətini baş məsləhətçi kimi davam etdirəcək.

İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə Arzu Tairquliyeva təyin edilib. A.Tairquliyeva əvvəllər İçərişəhər Dövlət Qoruq İdarəsinin mətbuat xidmətində çalışıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar