Təhsil Nazirliyi tərəfindən xaricdə təhsil almaq istəyən tələbələrə şad xəbər var.
Təhsil Nazirliyi tərəfindən 2015-2020-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə yeni Dövlət Proqramı hazırlanır.
Nazirlikdən ANS PRESS-ə verilən məlumata görə, “Azərbaycan gənclərinin
xarici ölkələrin ali məktəblərində təhsil haqlarının ödənilməsi
Qaydaları”na bir sıra dəyişikliklər də edilib.
Qaydalara əsasən, tələbənin təhsil aldığı ölkəyə daxil olmasından sonra
həmin ölkə üzrə müvafiq təhsil səviyyəsinin standart tədris müddətinə
uyğun ödəmələr həyata keçiriləcək.
Teq: xaricdə təhsil almaq istəyən tələbələrə şad xəbər var