Dövlət Sərhəd Xidməti Akademiyasının boş yerlərinə müsabiqə elan edilib
27 İyul 2010 Çərşənbə Axşamı 18:55
Müsabiqədə II ixtisas qrupunda imtahan vermiş oğlanlar iştirak edə bilərlər.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəsmi müraciətinə əsasən, Dövlət Sərhəd Xidməti Akademiyasının boş (vakant) yerlərinə müsabiqə elan edir.

Müsabiqədə 2010/2011-ci tədris ili üçün mülki ali təhsil müəssisələrinə II ixtisas qrupu üzrə qəbul imtahanlarında 250 və daha yüksək bal toplamış oğlan abituriyentlər iştirak edə bilərlər. Abituriyentlərin fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.

Müsabiqədə iştirak etmək istəyənlər 2010-cu il iyulun 28-dən avqustun 3-dək Dövlət Sərhəd Xidmətində yaradılmış Sənəd Qəbulu Komissiyasına müraciət etməlidirlər (ünvan: Zərifə Əliyeva küç. 30). ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar