Buraxılış imtahanlarının neticeleri açıqlandı
28 İyun 2016 Çərşənbə Axşamı 10:54
Telebe Qebulu üzre Dövlet Komissiyası 25 iyun tarixinde 9 ve 11-ci sinif şagirdleri üçün keçirilmiş buraxılış imtahanlarının neticelerini açıqlayıb.
Telebe Qebulu üzre Dövlet Komissiyası 25 iyun tarixinde 9 ve 11-ci sinif şagirdleri üçün keçirilmiş buraxılış imtahanlarının neticelerini açıqlayıb.
 
İmtahanda iştirak etmiş her bir şagirdin test tapşırıqlarına verdiyi düzgün ve sehv cavablar haqqında melumatı Komissiyanın internet saytı ile yanaşı, Azercell, Bakcell ve Nar Mobile nömrelerinden mobil telefonla şagird kodunu 7727 nömresine göndermekle öyrenmek olar. İmtahanlar Bakıda yerleşen orta ümumtehsil müessiselerinin buraxılış siniflerinde merkezleşdirilmiş qaydada aparılıb.
 
9-cu sinif üzre melumatlara esasen, buraxılış imtahanları test üsulu ile ana dili ve riyaziyyat fenleri üzre keçirilib. Şagirdlere her bir fenn üzre 30, ümumilikde 60 test tapşırığı teqdim olunub. Bundan elave, şagirdler teqdim edilmiş mövzu üzre yazı işi (inşa) yerine yetirmişler. İmtahanın ümumi müddeti iki saat müeyyen edilib, test tapşırıqlarının yerine yetirilmesine 1,5 saat, yazı işinin yerine yetirilmesine 30 deqiqe vaxt ayrılıb.
 
İmtahanda iştirakı nezerde tutulan 31256 şagirdden 318 neferi imtahana gelmeyib. 2 nefer qaydaları pozduğu üçün (imtahan binasına mobil telefon keçirtmeye cehd, sual kitabçaları ve cavab kartlarının deyişdirilmesi, nizam-intizam qaydalarının pozulması)  imtahandan xaric edilib, 1 neferin ise sual kitabçası ve cavab kartını imtahan binasından çıxartmağa cehd gösterdiyi üçün imtahan neticeleri leğv olunub. İştirakçılardan 103 neferi maksimum netice göstererek 60 bal toplayıb.
 
11-ci sinif üzre melumatlara esasen, XI sinif şagirdleri üçün buraxılış imtahanları test üsulu ile ana dili, riyaziyyat ve xarici dil/kimya fenleri üzre keçirilib. Şagirdlere her bir fenn üzre 30, ümumilikde 90 test tapşırığı teqdim edilib. Bundan elave, şagirdler teqdim edilmiş mövzu üzre yazı işi yerine yetiribler. İmtahanın ümumi müddeti 2 saat 45 deqiqe müeyyen edilib, test tapşırıqlarının yerine yetirilmesine 2 saat 15 deqiqe, yazı işinin yerine yetirilmesine 30 deqiqe vaxt ayrılıb.
 
İmtahanda iştirakı nezerde tutulan 24679 şagirdden 289 neferi imtahana gelmeyib. 21 nefer qaydaları pozduğu üçün (imtahan binasına mobil telefon keçirmeye cehd, sual kitabçaları ve cavab kartlarının deyişdirilmesi, nizam-intizam qaydalarının pozulması) imtahandan xaric edilib. İştirakçılardan 154 neferi maksimum netice göstererek 90 bal toplayıb. 


DOSTLARINLA PAYLAŞ:

oyunlar