Xüsusi qayğıya ehtiyacı olan gənclərə kompüter tədrisi adlı layihəyə start verilib
18 Yanvar 2016 Bazar Ertəsi 18:24
Gənc Mühəndislərin İnkişafı İctimai Birliyi Xüsusi qayğıya ehtiyacı olan gənclərə kompüter tədrisi adlı layihəyə start verib.

“Gənc Mühəndislərin İnkişafı İctimai Birliyi” (GəncMİİB) olaraq, 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun elan etdiyi VII Qrant müsabiqəsinin, “Xüsusi Qayğıya Ehtiyacı Olan Gənclərə Kompüter Tədrisi” adlı layihə ilə qalibi olmuşuq. Layihəmiz 09.01.2016-cı il tarixindən Bakı şəhərində, 16.01.2016-cı il tarixindən isə Sumqayıt və Şirvan şəhərlərində olmaqla silsiləli şəkildə davam edir.

Layihə haqqında

Layihə çərçivəsində “valideyn himayəsindən məhrum olmuş gənclər” qismində Bakı (3), Sumqayıt (1) və Şirvan (1) şəhərlərində yerləşən uşaq evləri və internat məktəblərinin 15 yaşından böyük şagirdlərinə, həmçinin “xüsusi qayğıya ehtiyacı olan gənclər” qismində isə Bakı və Sumqayıt şəhərlərində məskunlaşmış fiziki qüsurlu gənclərə kompüter tədrisi keçiriləcək. Layihədə ümumilikdə 140 gəncin iştirakı nəzərdə tutulur.

Məqsədimiz :

Layihənin məqsədi müstəqil həyata atılmağa hazırlaşan valideyn himayəsindən məhrum olmuş və xüsusi qayğıya ehtiyacı olan gənclərin müasir dünyanın tələbləriylə ayaqlaşmasına və onların cəmiyyətimizə uğurla inteqrasiyasına yardım etməkdir. Bu, həmçinin bizim üçün bir İctimai Məsuliyyətlilik layihəsidir ki, belə layihələr sağlam cəmiyyətin formalaşması üçün çox vacibdir.

GÖZLƏNİLƏN NƏTİCƏLƏR VƏ DAVAMLILIQ

GÖZLƏNİLƏN NƏTİCƏLƏR:


  Layihənin nəticəsi olaraq kurslarda iştirak etmiş gənclər kompüterdən istifadə ilə bağlı fundamental bilikləri (Windows sistemi, internet, Microsoft Office Word/Excel kimi ofis təminatı proqramları və s.) əldə etmiş olacaqlar

   İştirakçılara hal-hazırda içində olduqları sosial vəziyyətin onların uğurlu gələcək qurmalarına mane olmadığını göstərməklə onların İKT vasitəsi ilə elektron kitabxanalar və digər mənbələrdən elmi məlumatlar və biliklər əldə etmə yollarını öyrənəcəklər

   İştirakçılar gələcəkdə iş tapmalarında əsas kompüter biliklərinin əhəmiyyətini biləcəklər

LAYİHƏNİN DAVAMLILIĞI:
Layihəmizdə iştirak edənlərin GəncMİİB-in İKT klubu ilə gələcəkdə də əlaqə saxlaması və kompüter istifadəsi sahəsində lazımi köməkliyin göstərilməsi üçün şərait yaradılacaqdır. Sosial təminata ehtiyacı olan Azərbaycan gənclərinin İKT sahəsində biliklərinin artırılması üçün oxşar layihələrin gələcəkdə də mütəmadi olaraq təşkil olunması nəzərdə tutulur.
 










DOSTLARINLA PAYLAŞ:

oyunlar