Zaqatalada dağılan məktəblərin şagirdləri buraxılış imtahanlarından azad ediləcək
14 May 2012 Bazar Ertəsi 12:27
Bu barədə TQDK Məleykə Abbaszadə məlumat verib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Zaqatalada zəlzələ nəticəsində dağılan məktəblərin şagirdlərini buraxılış imtahanlarından azad edəcək. Bu barədə TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib.

O, artıq komissiyanın bununla bağlı Fövqəladə Hallar Nazirliyinə müraciət etdiyini bildirib. M.Abbaszadənin sözlərinə görə, Nazirlər Kabineti tərəfindən təsdiq olunan qaydalara əsasən, TQDK-ya fövqəladə hallarda buraxılış imtahanlarından azad etməklə bağlı səlahiyyət verilib.

FHN bu gün Zaqatalada həddən artıq dağıntılara məruz qalan məktəblərin siyahısını TQDK-ya verəcək. "Bu həftə ərzində buraxılış imtahanlarından azad olunan məktəblərin siyahısı elan ediləcək. Həmin məktəblərin şagirdlərinin qiymətləndirilməsi dərs ili ərzindəki illik qiymətləndirməyə əsasən aparılacaq”.



DOSTLARINLA PAYLAŞ:

oyunlar