Yüksək karyera üçün bunlardan uzaq durun
31 Oktyabr 2013 Cümə Axşamı 11:17
Yüksək karyera üçün bunlardan uzaq durun. Karyeranızın xüsusilə ilk illərində iş həyatında diqqət yetirilməsi lazım olan bir sıra qaydalar var.
Karyeranızın xüsusilə ilk illərində iş həyatında diqqət yetirilməsi lazım olan bir sıra qaydalar var. Bu mövzuda diqqət yetirilməsi lazım olanların başında da iş yerində hansı mövzular haqqında danışmaqdan qaçınmaq lazım olduğu gəlir. Çünki peşəkarlığa təsir edən bəzi davranışlar vardır ki , bütün karyeranıza təsir edə bilər.


1. Dini inanclar :
Dini inanclar bir çox insan üçün həssas bir mövzudur. Ancaq bundan da əhəmiyyətlisi adamdan adama fərqliliklər göstərə bilər. Hər kəsin inancına hörmət edilən bir iş mühiti qətiliklə daha dinc bir mühitdir. Bu səbəblə iş yoldaşlarınızla bu mövzunu danışarkən diqqətli və həssas olmağa diqqət edin.
 
2. Siyasət :
Xüsusilə seçki dövrlərində daha da alovlu müzakirələrin yaşanmasına səbəb ola biləcək siyasət də iş yerində danışmaqdan qaçınmanız lazım olan mövzuların arasındadır. Birlikdə iş gördüyünüz bir iş yoldaşınız sizdən başqa bir namizədi dəstəkləyirsə sizə qarşı fikirləri dəyişə bilər və beləcə işləri icra edə bilməyiniz çətinləşə bilər.
 
3. Şəxsi həyatınız
İş yoldaşlarınızla paylaşdığınız şəxsi həyatınıza dair sirrlər mövzusunda diqqətli davranmalısınız. Çünki eşq həyatına dair paylaşımlar sui istifadə edilməyə və dedi-qoduya çox uyğundur.
 
4. Ailevi problemlər
Yoldaşınızla , ana və ya atanızla və ya uşaqlarınızla yaşadığınız problemlər iş yerində kimi çalışanlar tərəfindən zəiflik olaraq qəbul edilə bilər. Xüsusilə idarəçi isəniz bu vəziyyət daha da səhv qəbul edilə bilər.
 
5. Karyera planlarınız / xəyallarınız
İş yerində istifadə edəcəyiniz "daha böyük bir iş yerinə keçmək istəyirəm " ya da " X firması kimi bir firmada çalışmaq istəyirəm" kimi sözlər xüsusilə idarəçilər tərəfindən mənfi olaraq qiymətləndirilə bilər. Gələcək xəyallarınızı iş yerinizə çox yüksək səslə dilə gətirməyin.


DOSTLARINLA PAYLAŞ:

oyunlar