Yaxın vaxtlarda müəllimlərə dövlət qulluqçusu statusu verilə bilər
11 Aprel 2011 Bazar Ertəsi 17:04
Bu gün Azərbaycanın təhsil naziri Misir Mərdanovun iştirakı ilə Masallıda “Müasir dövrdə innovativ təhsil ideyalarının tətbiqi təcrübəsindən” mövzusunda regional elmi-praktik konfrans keçirilib.


APA-nın Cənub bürosunun məlumatına görə, Lənkəran, Masallı, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarının təhsil şöbələri işçilərinin qatıldıqları tədbirdə təhsil naziri
M. Mərdanov çıxış edərək respublikanın təhsil sistemində həyata keçirilən islahatlardan, son zamanlar ölkə üzrə xeyli sayda yeni məktəb binaların tikilərək istifadəyə verilməsindən, bütün ümumtəhsil müəssisələrinin ən zəruri avadanlıqlarla, o cümlədən kompüter texnologiyaları ilə təchiz olunmasından söz açıb. Nazir, həmçinin qeyd edib ki, hazırda respublika üzrə qəzalı vəziyyətdə olan 525 məktəbin hamısı 2013-cü ilə kimi təmir olunacaq və müasir tələblər səviyyəyə çatdırılacaq: “Yaxın vaxtlarda Azərbaycan müəllimi özünün layiqli qiymətini alacaq. Çox güman ki, müəllimlərə dövlət qulluqçusu statusu da verilə bilər”.
Konfransın sonunda Misir Mərdanov iştirakçıları maraqlandıran sualları cavablandırıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar