XI sinif şagirdlərinə bəd xəbər
05 Aprel 2013 Cümə 21:48
Buraxılış imtahanları XI siniflər üzrə ana dili, riyaziyyat və fizika fənləri üzrə aparılacaq.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən müəyyən orta ümumtəhsil müəssisələrində 2013-cü ildə keçiriləcək monitorinq imtahanları V siniflər üzrə ana dili (Azərbaycan bölməsində Azərbaycan dili, rus bölməsində rus dili) və riyaziyyat fənləri üzrə , XI siniflər üzrə ana dili, riyaziyyat və fizika fənləri üzrə aparılacaq. Bu barədə ANS PRESS-ə Komissiyanın mətbuat xidmətindən məlumat verilib.

Xatırladırıq ki, bu imtahanların nəticələrinin buraxılış imtahanlarının nəticəsinə heç bir təsiri yoxdur. Buraxılış imtahanları IX və XI sinif şagirdləri üçün yalnız ana dili (Azərbaycan bölməsində Azərbaycan dili, rus bölməsində rus dili) və riyaziyyat fənlərindən olacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar