Xaricdə təhsil üçün sənəd qəbulu başladı
22 May 2014 Cümə Axşamı 10:25
2014-2015-ci tədris ili üçün xaricdə təhsil üzrə Dövlət Proqramına elan edilmiş müsabiqəyə sənəd qəbulu başlanıb.
ANS PRESS-in məlumatına görə, bu gün saat 09:00-dan etibarən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na elan edilmiş müsabiqəyə sənəd qəbulu başlanılıb və 08.08.2014-cü il, saat 23:59-dək davam edəcək.Ötən illərdən fərqli olaraq, Dövlət Proqramı çərçivəsində xaricdə təhsil üçün həyata keçiriləcək müsabiqəyə sənəd qəbulu “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 23.05.2011-ci il tarixli, 429 saylı Fərmanı”na uyğun olaraq və eyni zamanda Təhsil Nazirliyinin Dövlət Proqramı çərçivəsində xaricdə təhsil ilə bağlı aparılan islahatların davamı nəticəsində tam elektron qaydada həyata keçiriləcəkdir. Nəticədə, sənədlərin təqdim olunması məqsədilə Təhsil Nazirliyinə gəlməyə və sənədlərin poçt vasitəsilə göndərilməsinə ehtiyac qalmayacaq.

Əvvəlcədən, 19.02.2014-cü il tarixində 2014-2015-ci tədris ilində Dövlət Proqramı çərçivəsində təhsil üçün Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın sədrinin 11 nömrəli 10.02.2014-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gənclərinin xaricdə təhsil almaları məqsədi ilə seçilmiş ali təhsil müəssisələrinin siyahısı” və “prioritet ixtisas istiqamətləri” haqda ətraflı məlumat ictimaiyyətin diqqətinə çatdırılmışdır.

Dövlət Proqramı çərçivəsində xaricdə təhsillə bağlı tez-tez verilən suallar, müsabiqənin şərtləri, tələb olunan sənədlər, elektron ərizə və digər məlumatlarla xaricdetehsil.edu.gov.az internet səhifəsindən tanış ola bilərsiniz.

Elektron ərizənin doldurulması ilə bağlı təlimatı aşağıdakı keçiddən əldə etmək mümkündür:

xaricdetehsil.edu.gov.az/uploads/telimat-erize.pdf


DOSTLARINLA PAYLAŞ:

oyunlar