Xaricdə təhsil alan azərbaycanlı tələbələrin forumu keçiriləcək
03 Avqust 2010 Çərşənbə Axşamı 14:35
VIII Beynəlxalq forum avqustun 20-21-də baş tutacaq.
Bakıda "Xaricdə təhsil alan və məzun olmuş azərbaycanlı gənclərin VIII Beynəlxalq Forumu" keçiriləcəkdir. Forum Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil ediləcək. Nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın ANS PRESS-ə verdiyi məlumata görə, forum avqusta ayının 20-21-də olacaq.

Forumun məqsədi azərbaycanlı gənclərin xarici ölkələrdə əldə etdikləri təcrübələrlə bölüşmək, ölkəmizin inkişafı üçün birlikdə çalışma əzmlərini inkişaf etdirmək, gənclər arasında canlı ünsiyyət, informasiya mübadiləsini təşkil etməkdir. Forumun birinci günü rəsmi hissə (çıxışlar, məruzələr, plenar iclas və qrupda müzakirələr), ikinci günü isə Azərbaycanın gözəl guşələrindən olan Qəbələyə səyahətdən ibarət olacaq.

Qeyd edək ki, forumda iştirak etmək üçün, xaricdə təhsil almaq və ya məzun olmaq şərtdir. anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar