Xaricdə oxumaq istəyən azərbaycanlıların nəzərinə!
03 Noyabr 2010 Çərşənbə 10:40
Bakıda Beynəlxalq Təhsil sərgisi keçriləcək.
Bakıda Beynəlxalq Təhsil sərgisi keçiriləcək. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın ANS PRESS-ə verdiyi məlumata görə, sərgi noyabrın 6-da saat 11.00-da başlayacaq.

Bu dəfə sərgidə yeni iştirakçılar sırasında INTO, CEG (Cambridge Education Group), University of Sheffild, University of East Anglia və başqalarının adları var. Tələbələr və onların valideynləri sərgidə bu və bundan əlavə bir çox təhsil qurumunun nümayəndələri ilə üzbəüz görüş keçirmək imkanı əldə edəcəklər. Ekspertlər tərəfindən qəbul şərtləri, təqaüd imkanları və təhsil proqramları haqda dolğun məlumatlar veriləcək.

Kaspi Təhsil Mərkəzinin öz beynəlxalq tərəfdaşları, yerli təhsil qurumları və xaricdə təhsil ilə maraqlanan tələbələri görüşdürdüyü sərgi Landmark otelinin Rotunda zalında baş tutacaq.

Əlavə məlumat almaq istəyənlər 5107966 və 0554801148 nömrəsinə zəng vura bilərlər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar