Universitetlerin boş qalan yerlerine ixtisas seçimi başa çatır
22 Avqust 2013 Cümə Axşamı 10:47
İndiye qeder 9606 şexs ixtisas seçimi edib.
Bu gün ali məktəblərin boş qalan yerlərinə ixtisas seçimi başa çatır. TQDK-nın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, indiyə qədər artıq 9606 şəxs ixtisas seçimi edib.

Bunlardan 2695-i I qrup, 1429-u II qrup, 4808-i III qrup, 680-i isə IV qrupa sənəd verən abituriyentlərdir. Məlumatda bildirilir ki, abituriyentlər bu günün sonuna kimi həm ali məktəblərin, həm də kolleclərin ixtisaslarını seçmək hüququna malikdirlər.

Qeyd edeək ki, ali məktəblərin boş qalan yerlərinə ixtisas seçimi avqustun 18-dən başlayıb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar