Universitetlere qebul olanların qeydiyyat tarixi açıqlandı
19 Avqust 2013 Bazar Ertəsi 10:54
Vaxtında qeydiyyatdan keçmemek abituriyentin müvafiq ixtisasa yerleşdirilmesinden imtina etmesi kimi qiymətlendirilecek.
Ali məktəblərə qəbul olan abituriyentlər sabahdan avqustun 29-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. TQDK-nın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək.

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul olanlar bu gündən avqustun 28-dək (şənbə və bazar günləri istisna olmaqla) tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər.

Xatırladaq ki, ali təhsil müəssisələrinin boş qalan yerlərinə ixtisas seçimi avqustun 18-dən başlayaraq həyata keçirilir.



DOSTLARINLA PAYLAŞ:

oyunlar