Universitet oxumaq isteyenler üçün son şans
15 Avqust 2013 Cümə Axşamı 10:17
Universitet oxumaq isteyenler üçün son şans. Abituriyentler avqustun 6-dan internet vasitesile ixtisas seçimi edirler.
2013/2014-cü tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən müsabiqə şərtlərini ödəyən abituriyentlər üçün ixtisas seçimi bu gün başa çatır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, abituriyentlər avqustun 6-dan internet vasitəsilə ixtisas seçimi edirlər.

Abituriyentlərin ixtisas seçimi avqustun 15-də saat 00:00-da başa çatacaq.

İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nə daxil edirlər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar