Ümumtəhsil məktəblərində vakant müəllim yerləri ilə bağlı elan
01 İyul 2011 Cümə 11:12
Azərbaycanın ümumtəhsil məktəblərində vakant müəllim yerləri açıqlanıb.
APA-nın məlumatına görə, bununla bağlı elan “Azərbaycan müəllimi” qəzetinin bugünkü sayında dərc edilib və artıq müəllimlərdən elektron ərizələrin qəbuluna başlanılıb.

Qeyd edək ki, Azərbaycanın ümumtəhsil məktəblərində 2 minədək müəllimə ehtiyac var. Bunun 800-ə qədəri həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu yerlərdədir. Avqustun 1-dən isə müsabiqələrin keçirilməsinə start veriləcək. Müəllimlər üç mərhələli müsabiqədə iştirak edəcəklər. Birinci mərhələdə onların elektron ərizələrində göstərdikləri bilikləri qiymətləndiriləcək.

İkinci mərhələdə imtahanlar keçiriləcək.

Üçüncü mərhələdə isə müəllimlərlə müsahibələr aparılacaq. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar