Ukraynada yaşayan və təhsil alan azərbaycanlı gənclərin forumu keçiriləcək
06 Noyabr 2011 Bazar 06:07
Forumda Ukraynanın 26 vilayət və şəhərindən, həmçinin Azərbaycandan, Avropa ölkələrindən 500-dən çox nümayəndə iştirak edəcək.
Ukrayna Azərbaycanlı Gənclər Birliyi (UAGB) xalqımızın qədim adət və ənənələrini, zəngin tarixini Ukrayna ictimaiyyətinə çatdırmaq üçün silsilə tədbirlər keçirməyi planlaşdırır. AzərTAc xəbər verir ki, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlı gənclərin Kiyev şəhərində keçiriləcək II forumu bu məqsədə xidmət edir. Dekabrın 1-2-də keçiriləcək forumda Ukraynanın 26 vilayət və şəhərindən, həmçinin Azərbaycandan, Avropa ölkələrindən 500-dən çox nümayəndə iştirak edəcək.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və Azərbaycanın Ukraynadakı səfirliyinin dəstəyi ilə keçiriləcək forumda azərbaycanlı gənclərin üzərinə düşən öhdəliklər, onların bu ölkənin ictimai-siyasi həyatına, dövlət strukturlarına inteqrasiya olunması və digər həlli vacib məsələlər əsas müzakirə obyekti olacaq.
Forumda iştirak etmək istəyən gənclər noyabrın 5-dən 20-dək uayu.org saytında UAGB-nin II forumu bölməsində ərizə formasını doldurmaqla qeydiyyatdan keçə bilərlər.
DOSTLARINLA PAYLAŞ: