Aprelin 19-da Bakıda Türkiyə Respublikasının ali məktəblərinə qəbul imtahanları aparılacaq. Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə məlumat verib.
O bildirib ki, sənəd qəbulu artıq bitib və imtahanlarda iştirak etmək üçün 2 minə yaxın şəxs sənəd verib. M. Abbaszadənin sözlərinə görə, bu imtahanların nəticələri Turkiyədə elan edildikdən sonra iyunun əvvəlində abituriyentlərə məlum olacaq. Qeyd edək ki, bu imtahanlar Türkiyədə dövlət hesabına oxumaq üçün təqdim olunan yerlərə aparılan imtahanlardır.
Röya Rəfiyeva /ANS PRESS/