Türkiyede tehsil alan telebelere şad xeber
11 Fevral 2014 Çərşənbə Axşamı 02:28
Türkiyede tibb üzre ixtisaslarını artıran telebelere aylıq mevacib verilecek.
Türkiyenin müxtelif universitetlerinin tibb fakültelerinin mezunu olmuş azerbaycanlı genclerin teşebbüsü ile qardaş ölkede ixtisaslarını artıran xarici ölke vetendaşlarına aylıq mevacib verilmesi haqqında qerar qebul edilib.

Bu kateqoriyadan olan insanların ekseriyyetini azerbaycanlı gencler teşkil edir. Artıq Türkiye parlamenti bu ölkede ixtisaslarını artıran xarici ölke vetendaşlarına ayda 1000 türk liresi (teqriben 350 manat) mevacib verilmesi haqqında qerar qebul edib.

Bununla bağlı genclerimiz Türkiye Böyük Millet Meclisinin (TBMM) deputatları ile görüşerek qerarın qebul edilmesinde gösterdikleri seylere göre onlara minnetdarlıqlarını bildiribler.

Görüşde Azerbaycanın Ankaradakı sefirliyinin tehsil üzre müşaviri Necibe Nesibova bildirib ki, tibb fakülteleri de daxil olmaqla Türkiyenin müxtelif ali tehsil ocaqlarının mezunu olmuş azerbaycanlı gencler tehsil ve ixtisasartırma dövründe mühüm neticeler elde edibler.

Gənc həkimlər isə TBMM-in qərarını minnətdarlıq hissi ilə qarşıladıqlarını bildirib, sosial müdafiələri ilə bağlı yeni təkliflərini təqdim ediblər.

Gənc həkimlər, həmçinin Böyük Millət Məclisində Türkiyə - Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Sinan Oğan ilə da görüşərək ölkəmizlə bağlı bütün məsələlərim həm parlamentdə, həm də digər platformalarda daim nümayiş etdirdiyi fəallığa görə ona təşəkkürlərini bildiriblər.

Sinan Oğan öz növbəsində Türkiyədə savadlı kadr kimi yetişən azərbaycanlıların ölkəmizin inkişafında mühüm rol oynayacaqlarına əminliyini ifadə edib.

Tədbirdə Prezident İlham Əliyevin azərbaycanlı gənclərin xaricdə yüksək səviyyədə təhsil almalarına verdiyi dəstək minnətdarlıq hissi ilə qeyd edilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar