Türkiyədə magistr təhsili
08 Aprel 2009 Çərşənbə 17:50
Türkiyə Respublikası universitetlərinin magistr ixtisaslarına müsabiqə Azərbaycan Respublikası ali məktəblərinin magistr ixtisaslarının müsabiqəsi ilə birgə aparılacaq

 

Türkiyə Respublikasının universitetlərinin magistratura pilləsinə sənəd qəbulu başlayır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından ANS PRESS-ə verilən məlumata görə, Türkiyə universitetlərinin magistr pilləsində Azərbaycan Respublikası ali məktəblərinin bakalavr pilləsini bitirmiş və ya cari ildə bakalavr pilləsinin sonuncu kursunda təhsil alan, 1 yanvar 2009-cu il tarixinədək yaşı 27-yə çatmamış, bakalavr pilləsi üzrə orta balı 5 ballıq qiymət şkalasında 4-dən (100 ballıq şkalada - 70-dən) aşağı olmayanlar qəbul oluna bilərlər. Magistratura pilləsinin tələbəsi və ya məzunu olan, həmçinin hərbi xidmətdən möhləti olmayan şəxslər bu hüquqa malik deyillər.

Qonşu dövlətin universitetlərinin magistr təhsilini almaq istəyən bakalavrlar Azərbaycan ali məktəblərinin magistratura pilləsinə qəbul olunmaq üçün nəzərdə tutulmuş elektron ərizədə Azərbaycan Respublikası ali məktəblərinin magistr ixtisaslarının kodları ilə yanaşı, Türkiyə Respublikası universitetlərinin magistr ixtisaslarının kodlarını da göstərməli, Azərbaycan Respublikası ali məktəblərinin magistratura pilləsinə qəbul haqqında elanda göstərilən sənədləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında təşkil olunmuş Sənəd Qəbulu Komissiyasına təqdim edib ərizələrini təsdiq etdirməlidirlər.

Türkiyə Respublikası universitetlərinin magistr ixtisaslarına müsabiqə Azərbaycan Respublikası ali məktəblərinin magistr ixtisaslarının müsabiqəsi ilə birgə aparılacaq.
Türkiyə Respublikası universitetlərinin magistraturasına qəbul aparılan ixtisasları Azərbaycan Respublikası ali məktəblərinin bakalavr pilləsini aşağıdakı müvafiq istiqamət və ixtisaslar üzrə bitirən şəxslər seçə bilərlər:

 

 

Magistr ixtisasının kodu

Magistr ixtisasının adı

Plan

Uyğun bakalavr istiqamətinin (ixtisasının) şifri və adı

Proqram nömrəsi

91119

Kompüter mühəndisliyi

2

T 180000 İnformatika və hesablama texnikası

TT 160100 İnformasiya sistemləri

16

TT 210100 Kompüter riyaziyyatı

TE 100100 Tətbiqi riyaziyyat

TE 100200 İnformatika

37

91127

Kompyuter müəllimliyi

1

TT 210100 Kompüter riyaziyyatı

TE 100100 Tətbiqi riyaziyyat

TE 100200 İnformatika

37

91135

Turizmdə idarəetmə və otelçilik

2

T 300100 Turizm və sosial-mədəni servis xidməti

24

91143

İqtisadiyyat

1

İİ 010000 İqtisadiyyat

30

İİ 030000 İnzibati idarəetmə

34

İİ 040000 Kommersiya

32

91151

Moda dizayn

1

HS 151400 Dizayn

HS 154200 Rəssam-modelyer

HS 154300 Dizayner rəssam

64

91168

Qrafika dizayn

1

HS 210100 Dizayn

17

HS 150900 Qrafika

HS 151400 Dizayn

HS 154300 Dizayner rəssam

64

91176

Dizayn, sənaye qrafikası və reklam

1

HS 210100 Dizayn

17

HS 150900 Qrafika

HS 151400 Dizayn

HS 152400 Reklam işi üzrə rəssam

HS 154300 Dizayner rəssam

64

91184

Biznesin təşkili və idarə edilməsi

2

İİ 020400 Biznesin təşkili və idarə edilməsi

33

91192

Təhsilin təşkili və idarə olunması

1

İİ 010700 Təhsil, elm və sosial-mədəni sahənin iqtisadiyyatı

İİ 030200 Təhsilin təşkili və idarə olunması

33

 
Türkiyədə təhsil almaq hüququ qazanan Azərbaycan vətəndaşları imtahanın nəticələri elan olunduqdan sonra üç gün ərzində Azərbaycan Respublikasının Təhsil Nazirliyində qeydiyyatdan keçməlidirlər.

Türkiyə Respublikasının universitetlərinin magistratura pilləsinə qəbul olunanlar bir tədris ili ərzində Türkiyədə hazırlıq kursu keçdikdən sonra orada təşkil olunacaq buraxılış-qəbul imtahanlarını müvəffəqiyyətlə verdikləri təqdirdə Türkiyə Yüksək Öyrətim Kurulu tərəfindən seçdikləri ixtisaslara uyğun olaraq ali məktəblərə yerləşdiriləcəklər.

Təhsil for­ma­sın­dan asılı olma­ya­raq hər hansı bir ixtisasa yer­ləş­dirilmiş bütün bakalavrlar tələb olunan sənədləri 10 gün müd­dətində müvafiq təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Bakalavrın həmin müd­dətdə təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisasda təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

Bir ali məktəbdən digərinə köçü­rül­mək, təh­­sil formasını və ya ix­ti­sası dəyişdirmək və təhsil haqqını ödəməklə bağlı müraciətlərə, həmçinin apelyasiya komissiyasının fəaliyyət dövrü başa çatdıqdan sonra daxil olan ərizələrə baxılmır.

Qeyd edək ki, sənəd qəbulu internet vasitəsi ilə aprelin 13-dən 20-dək aparılacaq.

Kəmalə Məmmədova/ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar