Türkiyə universitetlərinə qəbulun nəticələri açıqlandı
09 İyun 2010 Çərşənbə 11:35
Türkiyə universitetlərinə qəbulun nəticələri açıqlandı. Bu il 48 azərbaycanlı Türkiyənin müxtəlif universitetlərində oxumaq hüququ qazanıb.
2010/2011-ci tədris ilində Türkiyə universitetlərinə təhsil almaq üçün keçirilən test imtahanın nəticələri açıqlanıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının məlumatına görə, 48 azərbaycanlı tələbə Türkiyə universitetlərində təhsil almaq hüququ qazanıb. Onlardan 20-i türk dilindən müvəffəqiyyətlə imtahan verdiklərinə görə bir illik türk dili kursunda təhsil almadan birbaşa daxil olduqları universitetin birinci kursuna qəbul olunub. 16 abituriyent bir illik türk dili kursunda təhsil aldıqdan sonra daxil olduqları universitetin birinci kursuna qəbul olunacaq. Digərləri isə daxil olduqları universitetin birinci kursuna qəbul olunurlar, lakin türk dili üzrə biliklərini qısa zamanda artırmalıdırlar.

Ali mətkəblərə qəbul olmuş abituriyentlər lazım olan sənədlərin hazırlanması üçün iyunun 10-dan 18-dək saat 10:00-dan 13:00-dək Azərbaycan Respublikası Təhsil Nazirliyinin Xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektoruna (Əlipaşa Zeynalova) müraciət etməlidirlər.

Qeyd edək ki, türkiyə ali məktəblərinə imtahan aprel ayının 25-də keçirilmişdi. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar