Türkiyə universitetlərinə qəbul olmuş azərbaycanlılar
02 İyun 2009 Çərşənbə Axşamı 08:50
25 nəfər Azərbaycan vətəndaşı türk dilindən müvəffəqiyyətlə imtahan verdiklərinə görə birbaşa daxil olduqları universitetin birinci kursuna qəbul olunublar

2009/2010-cu tədris ili üçün Türkiyə Respublikası universitetlərinə qəbul olmuş azərbaycanlı abituriyentlərin adları açıqlanıb. Abituriyentlərin  siyahısı TQDK-nın internet saytında yerləşdirilib. Qəbul olmuş abituriyentlər lazım olan sənədlərin hazırlanması üçün 2009-cu il iyun ayının 2-dən 15-dək Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etməlidirlər.
Qeyd edək ki, cari ildə Türkiyə universitetlərində Azərbaycan vətəndaşlarına 48  yer ayrılmışdı. Həmin yerlərə qəbul olunan azərbaycanlı gənclərdən 25 nəfəri türk dilindən müvəffəqiyyətlə imtahan verdiklərinə görə bir illik türk dili kursunda təhsil almadan birbaşa daxil olduqları universitetin birinci kursuna qəbul olunurlar.
8 nəfər isə daxil olduqları universitetin birinci kursuna qəbul olunurlar, lakin türk dili üzrə biliklərini qısa zamanda artırmalıdırlar. 15 nəfər isə yalnız bir illik türk dili kursunda təhsil aldıqdan sonra daxil olduqları universitetin birinci kursuna qəbul olunacaqlar. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar