Türkiyə universitetlərinə qəbul imtahanı keçirilib
19 Aprel 2009 Bazar 15:25
Türkiyə universitetlərinə qəbul imtahanında abituriyentlərə 100 sual təqdim olunub.

 

Bu gün Türkiyənin nüfuzlu 12 universitetinin tələbəsi adını qazanmaq arzusunda olan 2 266 abituriyent Bakı və Naxçıvanda imtahan verib. Abituriyentlərə ayrı-ayrı fənlər üzrə və məntiqi təfəkkür üzrə 100 sual təqdim olunub. Müsabiqəni keçən abituriyentlər Türkiyə Respublikasında bir il türk dili üzrə hazırlıq kursları keçəcəklər.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Elnur Nağızadənin ANS-ə verdiyi məlumata görə, imtahanlar saat 13.00-da başlanıb və 90 dəqiqə davam edib. Yalnız türk dilində imtahan vermək istəyənlər üçün 60 dəqiqə vaxt ayrılıb.

Qeyd edək ki, Azərbaycandan olan abituriyentlər üçün Türkiyənin nüfuzlu 12 universitetində 20 ixtisas üzrə təhsil almaq üçün 48 yer ayrılıb. Bunların arasında Ankara, Boğaziçi, İstanbul və başqa universitetlər də var. /ANS TV/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar