TQDK zona müşavirələri keçirir
05 Mart 2009 Cümə Axşamı 14:05
Müşavirələrdə TQDK-nın sədri, qurumun mütəxəssisləri, ekspertlər, məktəblərinin direktorları və müəllimləri iştirak edəcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Gəncə və Lənkəran şəhərlərində zona müşavirəsi keçirir. Bu barədə məlumat ANS PRESS-ə TQDK-nın mətbuat xidmətindən verilib.
Gəncə şəhərində keçirilən tədbirdə Komissiyanın sədri Məleykə Abbaszadə, TQDK-nın mütəxəssisləri, ekspertləri, eləcə də Gəncə, Ağcabədi, Ağdam, Ağstafa, Bərdə, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göyçay, Kəlbəcər, Kürdəmir, Mingəçevir, Naftalan, Qazax, Samux, Şəmkir, Tərtər, Tovuz, Ucar, Göygöl, Yevlax, Laçın şəhər və rayonlarının Təhsil Şöbələrinin rəhbərləri, qabaqcıl məktəblərinin direktorları və müəllimləri iştirak edir.
Müşavirədə TQDK sədri M.Abbaszadə ötən il keçirilən qəbul imtahanlarının elmi-statistik təhlilinə dair ətraflı məruzə ilə çıxış edəcək. Çıxış zamanı tədbirdə təmsil olunan şəhər və rayonların orta məktəb məzunlarının ötən ilin qəbul imtahanlarında ümumi nəticələri və ayrı-ayrı fənlər üzrə müxtəlif illər üzrə göstəriciləri xüsusi elektron görüntülərlə canlandırılacaq.
Lənkəran şəhərində keçirilən zona müşavirəsində isə TQDK sədrinin müavini Namiq Babayev, Komissiyanın mütəxəssiləri, ekspertləri, eləcə də Lənkəran, Astara, Beyləqan, Biləsuvar, Cəlilabad, Hacıqabul, İmişli, Lerik, Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan, Şirvan, Cəbrayıl, Xocavənd və Yardımlı şəhər və rayonlarının Təhsil Şöbələrinin rəhbərləri, qabaqcıl məktəblərinin direktorları və müəllimləri iştirak edəcək. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar