TQDK xəbərdarlıq edir
23 Dekabr 2012 Bazar 13:50
Buraxlış sinif şagirdləri haqqında məlumatların “Şagird-məzun” sisteminə daxil edilməsi yalnız şəxsiyyət vəsiqəsi ilə mümkündür.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası rayon (şəhər) təhsil şöbələri rəhbərləri, məktəb direktorları və valideynlərə xəbərdarlıq edib. Ümumtəhsil məktəblərinin 9-cu və 10-cu sinif şagirdləri haqqında məlumatların “şagird-məzun” sisteminə daxil edilməsi şagirdlərin şəxsiyyət vəsiqələri vasitəsilə həyata keçiriləcək. Bunun üçün isə şagirdlər mütləq şəkildə şəxsiyyət vəsiqələri əldə etməlidilər. Əgər şagird-məzun elektron bazasına məlumat daxil edilməyibsə o zaman şagirdlər buraxılış imtahanlarına buraxılmayacaq. Buna görə də şagirdlər indidən şəxsiyyət vəsiqələrini əldə etmək üçün müvafiq orqanlara müraciət etməlidirlər. Buraxılış sinif şagirdləri bu səhifələrə daxil olaraq, özlərinə aid məlumatlarla tanış ola bilərlər.

TQDK-nin mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib ki, bu məlumat bazasına orta ümumtəhsil bazasından 200 000 şagird haqqında məlumat yer alacaq. Bu məlumatların dəqiqliyini təmin etmək məqsədi ilə bazanın şəxsiyyət vəsiqələri əsasında tərtib olunması nəzərdə tutulur. Belə ki, daxil olunan şəxsiyyət vəsiqəsinin PİN kodları, DİN-in öz bazasından onlara aid məlumat götürülüb.

16 yaşına çatmamış şagirdlər isə şəkilsiz şəxsiyyət vəsiqələri əldə etməlidilər. Bu məlumatların yoxlanılması və bu işin icrası respublikanin şəhər və rayon təhsil şöbələri, məktəblərdə olan müvafiq şəxslər tərəfindən həyata keçiriləcək.



DOSTLARINLA PAYLAŞ:

oyunlar