TQDK tərəfindən Apelyasiya Komissiyaları yaradılıb
21 İyul 2012 Şənbə 11:08
Quruma I qrup üzrə iyulun 23-də, IV qrup üzrə iyulun 30-da, II qrup imtahanları üzrə avqustun 6-da müraciət etmək olar.
Ali təhsil müəssiəslərinə və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanları ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən Apelyasiya Komissiyaları yaradılıb.

Vətəndaşlar iyulun 20-də keçirilən I qrup imtahanları üzrə iyulun 23-də, iyulun 27-də keçiriləcək IV qrup imtahanları üzrə iyulun 30-da, avqustun 3-də keçiriləcək II qrup imtahanları üzrə avqustun 6-da müraciət edə bilərlər. Digər müraciətlərə avqustun 6-dan 8-dək baxılacaq. Apelyasiya Komissiyaları TQDK-da yalnız göstərilən tarixlərdə edilmiş müraciətlərə baxacaq. Abituriyentlərin ərizə forması və cavab kartının doldurulmasında texnoloji səhvlərə yol verilməsi, imtahanın keçirilmə qaydalarının abituriyent tərəfindən pozulması ilə bağlı müraciətlərə baxılmır.

Komissiyanın məlumatında qeyd edilib ki, ali təhsil müəssiələrinə qəbul yalnız imtahanda toplanılan ballara əsasən aparılır. Əhalinin heç bir sosial qrupuna güzəşt nəzərdə tutulmur. Apelyasiya Komissiyalarının işi başa çatdıqdan sonra imtahanlarla bağlı heç bir müraciətə baxılmır.



DOSTLARINLA PAYLAŞ:

oyunlar