TQDK sədri Məleykə Abbaszadə vətəndaşları qəbul edəcək
17 Fevral 2014 Bazar Ertəsi 13:48
TQDK sədri Məleykə Abbaszadə İmişli şəhərində keçiriləcək qəbulda Ağcabədi, Ağdam, Füzuli, Beyləqan, Zərdab və İmişli rayon sakinləri ilə görüşəcək.
TQDK sədri Məleykə Abbaszadə İmişli şəhərində vətəndaşları qəbul edəcək.
ANS PRESS-in TQDK-nın saytına istinadən verdiyi məlumata görə, İmişli şəhərində keçiriləcək qəbulda Ağcabədi, Ağdam, Füzuli, Beyləqan, Zərdab və İmişli rayon sakinləri iştirak edə bilərlər.
Qəbul fevralın 28-də, saat 11:00-da İmişli şəhər Gənclər Mərkəzində (20 yanvar küç., 2) keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşların Komissiyanın internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (www.tqdk.gov.az/SedrinQebulu) və ya TQDK-nın Ağcabədi regional bölməsinə (Ünvan: Ağcabədi şəhəri, F.Əlizadə küç., 1) müraciət etmələri (əlaqə tel.: (021) 275-55-94) xahiş olunur.
Bundan əlavə, Ağcabədi, Ağdam, Füzuli, Beyləqan, Zərdab və İmişli rayon Təhsil Şöbələrində 18–27 fevral 2014-cü il tarixində (şənbə, bazar günləri istisna olmaqla), saat 10:00-dan 17:00-dək qəbula qeydiyyata alına bilərlər.
Qeyd: Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
DOSTLARINLA PAYLAŞ: