TQDK sədri hesabat verdi
06 Avqust 2010 Cümə 13:40
Ali məktəblərə qəbul olanlar avqustun 9-dan 16-na kimi sənədlərini təqdim etməlidirlər.
Ali məktəblərə qəbul olunanların avqustun 9-dan 18-ə qədər sənədlərini daxil olduqları təhsil müəssisələrinə təqdim etməlidirlər. ANS PRESS-in məlumatına görə, bunu bu gün mətbuat konfransı keçirən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib. “Ali məktəbə qəbul olanlar mütləq ali məktəbə sənədlərini verməlidir. Bundan başqa, həmin təhsil müəssisəsilə müqavilə də bağlanmalıdır. Müqavilənin surəti TQDK-nın rəsmi internet saytında verilib. Bütün təhsil müəssisələri həmin müqavilədən istifadə etməlidir”, -deyə Məleykə Abbaszadə vurğulayıb.

TQDK sədri ali məktəblərin boş qalan yerlərinin siyahısının bəlli olduğunu bildirib. Onun sözlərinə görə, həmin siyahı “Abituriyent” jurnalının 7-ci sayında dərc olunub və həmin yerlər üzrə ixtisas seçimi avqustun 6-da 10-dək internet vasitəsilə aparılacaq. "Ali məktəblərin boş qalan yerlərinə qəbul üçün abituriyentlər elektron ixtisas seçimi üzrə ərizə formasında ali məktəblərin boş qalan yerləri ilə yanaşı, orta ixtisas məktəblərinin ixtisas kodlarını da seçə bilərlər”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar