TQDK sədri: “600-dən çox bal toplayanların böyük əksəriyyəti Bakı Ali Neft Məktəbini seçib”
08 Sentyabr 2012 Şənbə 02:30
“I qrupda 600-dən çox bal toplayanların böyük əksəriyyəti Bakı Ali Neft Məktəbini seçib.
”.

APA-nın məlumatına görə, bunu keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib.

TQDK sədrinin sözlərinə görə, adıçəkilən ali məktəbə 100 nəfərlik plan yeri ayrılıb: “Lakin 600-dən çox bal toplayan abituriyentlərin istəyi nəzərə alınaraq əlavə 20 nəfər də adıçəkilən məktəbə yerləşdirilib”.

Qeyd edək ki, bu ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında I qrup üzrə keçid balı 150-yə endirilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar