Tələbə Qəbulu üzrə Dövlət Komitəsi buraxılış imtahanlarında iştirak edəcək şagirdlərə müraciət edib.TQDK-dan ANS PRESS-ə verilən məlumata görə, 2013-cü il iyun ayının 2-də və 7-də buraxılış imtahanı verəcək orta ümumtəhsil müəssisələrinin IX və XI sinif şagirdlərinin imtahana buraxılış vərəqələri "http://tqdk.gov.az/brxvbi/" səhifəsində yerləşdirilib.
Şagirdlər iş nömrəsi və ya şəxsiyyət vəsiqəsinin nömrəsindən və doğum tarixindən (nümunə: 28/01/1993) istifadə etməklə imtahana buraxılış vərəqələrini çap edə bilərlər.
Təhsil müəssisələrinin əlaqələndiriciləri də istifadəçi ad və parolla öz şagirdlərinin imtahana buraxılş vərəqələrini çap edə bilərlər.
TQDK şagirdlere müraciet etdi
İmtahana buraxılış vərəqələri qurumun saytında yerləşdirilib.




Şərhlər