TQDK rektorlara müraciət edib
06 İyul 2012 Cümə 10:16
Bakalavrlar tələb olunan sənədləri 2012-ci il iyulun 3-dən 12-dək qəbul olunduqları ali təhsil müəssisəsinə təqdim etməlidirlər.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali təhsil müəssisələrinin rektorlarına müraciət edib. ANS PRESS-ə TQDK-dan verilən məlumata görə, 2012–2013-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanı əsasında keçirilən müsabiqə nəticəsində hər hansı bir ixtisaslaşmaya yerləşdirilmiş bakalavrlar tələb olunan sənədləri 2012-ci il iyulun 3-dən 12-dək qəbul olunduqları ali təhsil müəssisəsinə təqdim etməklə təhsilalma formasını seçib qeydiyyatdan keçməlidirlər.
“Magistr” jurnalının 2012-ci il 4-cü sayında qarşısında təhsilalma forması “Ə/Q” (əyani/qiyabi) kimi göstərilmiş ixtisaslaşmalara qəbul olunmuş bakalavrlar qəbul olunduqları təhsil müəssisəsində qeydiyyatdan keçərkən öz arzuları ilə əyani və ya qiyabi təhsilalma formasını seçə bilərlər.
DOSTLARINLA PAYLAŞ: