TQDK peşə liseylərinin şagirdlərinə müraciət edib
19 Mart 2013 Çərşənbə Axşamı 09:36
Peşə liseyinin şagirdləri buraxılış və yekun qiymətləndirmənin nəticələri ilə siyahı şəkillində tanış olacaqlar.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) peşə liseylərinin şagirdlərinə müraciət edib. ANS PRESS-in TQDK-ya istinadən verdiyi xəbərə görə, müraciətdə bildirilib ki, peşə liseylərinin şagirdləri imtahan qiymətləri və yekun qiymətləndirmənin nəticələri ilə “Şagird-Məzun sistemi”ndəki öz səhifələrinə daxil olmaqla da tanış ola bilərlər.

Peşə liseylərinin rəhbərləri də “Şagird-Məzun sistemi”nə daxil olmaqla rəhbərlik etdikləri peşə liseyinin şagirdlərinin buraxılış imtahanının və yekun qiymətləndirmənin nəticələri ilə siyahı şəkillində tanış olmaq imkanına malikdirlər.

TQDK qeyd edib ki, respublikanın ümumi (9 illik) və tam (11 illik) orta ümumtəhsil müəssisələrinin buraxılış sinfində təhsil alan şagirdlər “Şagird-Məzun sistemi”ndəki öz səhifələrinə daxil olmaqla özləri haqqında məlumatlarla və ötən ilki qiymətləri ilə tanış olmaları tələb olunur. Hər-hansı bir uyğunsuzluq aşkar edərlərsə, məktəb əlaqələndiricilərinə məlumat vermələri xahiş olunur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar