TQDK orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə qəbul elan edir
08 Sentyabr 2013 Bazar 15:12
İmtahanın nəticələrinə görə orta ixtisas təhsili müəssisələrinə qəbul olunmuş abituriyentlər müsabiqədə iştirak edə bilməzlər.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elan edir.

Komissiyadan Trend-ə verilən məlumata görə, müsabiqədə ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə avqustun 25-də keçirilmiş qəbul imtahanlarında topladığı ümumi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

İmtahanın nəticələrinə görə orta ixtisas təhsili müəssisələrinə qəbul olunmuş abituriyentlər müsabiqədə iştirak edə bilməzlər.

TQDK, həmçinin tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elan edir.

Müsabiqədə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə keçirilmiş qəbul imtahanlarında topladığı bal 100-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.

İxtisas seçimləri sentyabrın 9-dan sentyabrın 12-dək internet vasitəsilə aparılacaq.

Boş qalmış plan yerlərinin siyahısı "Abituriyent" jurnalının xüsusi buraxılışında təqdim olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar