TQDK-nın səlahiyyətləri bir qədər də artırıldı
17 Yanvar 2013 Cümə Axşamı 12:55
Qurum ümumi təhsil müəssisələrinin V-XI sinif şagirdləri arasında monitorinq imtahanlarının keçirilməsi həvalə edilib
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnaməyə dəyişiklik edilib. Bu barədə Azərbaycan prezidenti İlham Əliyevin fərman imzalayıb. TQDK-dan ANS PRESS-ə verilən məlumata görə, dəyişikliyə əsasən, yekun qiymətləndirmənin (attestasiyanın) təşkili məqsədilə ümumi təhsil müəssisələrinin V-XI sinif şagirdləri arasında monitorinq imtahanlarının keçirilməsi quruma həvalə edilib.
Nazirlər Kabinetinə normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını təmin etmək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində prezidentə məlumat vermək tapşırılıb.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin etmək və bu barədə Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.
DOSTLARINLA PAYLAŞ: