Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) regional bölmələrinin yaradılması və onların fəaliyyətinin təmin edilməsi məqsədilə 17 mart 2009-cu il tarixli, 37 nömrəli qərar qəbul edib. TQDK-dan ANS PRESS-ə verilən məlumata görə, qərara müvafiq olaraq TQDK-nın Naxçıvan, Gəncə, Şəki, Lənkəran və Quba şəhərlərində regional bölmələri yaradılacaq. TQDK-nın regional bölmələrinin fəaliyyətini təmin etmək məqsədilə aidiyyatı orqanlara müvafiq tapşırıqlar da verilib. /ANS PRESS/