Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu gün Naxçıvan şəhərində zona müşavirəsi keçirib. Qurumun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, müşavirədə TQDK sədri Məleykə Abbaszadə, TQDK-nın mütəxəssisləri, ekspertləri, eləcə də Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Şahbuz, Sədərək, Şərur şəhər və rayonlarının Təhsil Şöbələrinin rəhbərləri, qabaqcıl məktəblərin direktorları və müəllimləri iştirak ediblər.
TQDK sədri M.Abbaszadə ötən il keçirilən qəbul imtahanlarının elmi-statistik təhlilinə dair ətraflı məruzə ilə çıxış edib. Çıxış zamanı tədbirdə təmsil olunan şəhər və rayonların orta məktəb məzunlarının ötən ilin qəbul imtahanlarında ümumi nəticələri və ayrı-ayrı fənlər üzrə müxtəlif illər üzrə göstəriciləri xüsusi elektron görüntülərlə canlandırılıb. /ANS PRESS/