TQDK Litva universitetlərinə sənəd vermiş abituriyentlərin qiymətlərini açıqlayıb
10 Avqust 2011 Çərşənbə 11:00
İngilis dilində inşa üzrə 3, 4 və 5 qiyməti almış abituriyent və bakalavrlar TQDK-ya dəvət olunurlar
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2011/2012-ci tədris ili üçün Litva universitetlərinə sənəd vermiş abituriyentlərin ingilis dilində inşa üzrə qiymətlərini açıqlayıb. Komissiyanın saytında yerləşdirilən məlumata görə, İngilis dilində inşa üzrə 3, 4 və 5 qiyməti almış abituriyent və bakalavrlar 11.08.2011-ci il tarixdə saat 15.00-da TQDK-ya dəvət olunurlar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar