TQDK Fəzail Ağamalının ittihamlarına münasibət bildirib
15 Mart 2011 Çərşənbə Axşamı 17:08
“Millət vəkili Fəzail Ağamalının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ünvanına səsləndirdiyi fikirlər tamamilə cəfəngiyatdır və heç bir əsası yoxdur”.
Bunu APA-ya açıqlamasında TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə F. Ağamalının bu gün TQDK-nın ali məktəblərə rüşvətlə tələbə qəbul etməsi, qeyri-leqal repetitorların TQDK-nın ayrı-ayrı fənlər üzrə suallar hazırlayan şəxslərlə şəbəkə yaratması barədə parlamentdə səsləndirdiyi fikrə münasibət bildirərkən deyib.

O əlavə edib ki, TQDK-nın ali və orta ixtisas məktəblərinə keçirdiyi qəbul imtahanları şəffafdır və bu imtahanlarda biliyin əsas meyar olduğunu hər kəs bilir: “Bu cür əsassız fikirlərlə ləkə yaxmaq mümkün deyil”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar