TQDK-dan narazılıq dolu açıqlama
16 Avqust 2010 Bazar Ertəsi 17:15
Dövlət Komissiyası KİV-də səsləndirilən ittihamları cavablandırıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası “Azadlıq” qəzetinin 15 avqust 2010-cu il sayında “Tələbə qəbulunda müəmma” başlığı ilə dərc olunan xəbərlə bağlı açıqlama yayıb. Açıqlamada bildirilir ki: “Qəzetin həmin sayında “Tələbə qəbulunda müəmma” başlığı ilə dərc olunan bir yazıda guya vətəndaşların TQDK-nın fəaliyyətindən narazılıq etdiyi qeyd olunur və buna dair iki nümunə göstərilir: “İlk öncə ali məktəblərə qəbul imtahanı zamanı yaranan texniki problemlər, daha sonra isə tələbə adını qazanmış abituriyentlərin daxil olduqları təhsil müəssisələrinə yerləşdirilməsi prosesində şəffaflığın qorunmaması narazılıq yaradan məsələlərdir””.

“Bu ilki qəbul imtahanlarının təşkilində, gedişi prosesində heç bir texniki problem ortaya çıxmayıb və bunun ən birinci və ən yaxşı şahidi imtahanlarda iştirak edən 100 mindən artıq abituriyentdir”,-deyə dərc olunmuş materiala cavab olaraq açıqlamada göstərilib.

Komissiyanın açıqlamasında digər bir məqama da aydınlıq gətirilib. Belə ki, qəzetdə Tibb Universitetinin “Müalicə işi” ixtisasına ödənişsiz əsaslarla təhsil üzrə ayrılan yerlərin sayı və bu ixtisasa ödənişsiz əsaslara qəbul olunanların sayı ilə bağlı uyğunsuzluğa da toxunularaq bildirilir ki, Tibb Universitetinin “Müalicə işi” ixtisasına dövlət sifarişi əsasında (ödənişsiz əsaslarla) qəbul olanların sayı 135 nəfər olub. Müsabiqənin nəticələrinə əsasən qəbul planı tamamilə dolub, yəni 123 nəfər Azərbaycan bölməsinə, 12 nəfər rus bölməsinə qəbul olub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar