TQDK abituriyentlərə 5 gün vaxt verdi
05 İyul 2013 Cümə 21:35
Qurum qəbul imtahanlarında sağlamlıq imkanları məhdud olan abituriyentlər üçün müvafiq şəraitin təmin olunmasını xüsusi diqqətdə saxlayır.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası qəbul imtahanlarında sağlamlıq imkanları məhdud olan abituriyentlər üçün müvafiq şəraitin təmin olunmasını xüsusi diqqətdə saxlayır.

TQDK-nın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bəzi hallarda həmin abituriyentlərin müvafiq sənədləri Komissiyaya vaxtında təqdim etməmələri, bir çox hallarda isə bu barədə məlumatı imtahan günü bildirmələri onlara sağlamlıq imkanları ilə bağlı müvafiq imtahan şəraitinin yaradılmasını mümkünsüz edir.

Bunu nəzərə alaraq, I qrup gözdən əlil və dayaq-hərəkət sistemində çatışmazlıqlar olan abituriyentlərdən müvafiq sənədləri 2013-cü il iyulun 10-dək Bakı şəhəri üzrə TQDK-nın inzibati binasına, digər bölgələr üzrə isə Komissiyanın müvafiq regional bölməsinə təqdim etmələri xahiş olunur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar