TQDK 600-dən yüksək bal toplamış gənclərlə görüş keçirib
18 Avqust 2009 Çərşənbə Axşamı 18:55
İlk olaraq I ixtisas qrupu üzrə qəbul imtahanında yüksək nəticə toplayanlar qəbul olunub

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) 2009/2010-cu tədris ili üçün ali məktəblərə keçirilmiş qəbul imtahanlarında 600-dən çox bal toplamış gənclərlə görüşlər keçirir.

Belə ki, ilk olaraq I ixtisas qrupu üzrə qəbul imtahanında yüksək nəticə göstərmiş gənclərlə görüş təşkil olunub.

Tədbirdə çıxış edən TQDK-nın sədr müavini Namiq Babayev bu gənclərin ölkəmizin gələcək inkişafına öz töhfələrini verəcəklərinə əmin olduğunu bildirib. TQDK-nın sədr müavini Babayev, eləcə də Komissiyanın şöbə müdirləri Tariyel Bədəlov və Arzu Bağırov qəbul imtahanlarında yüksək bilik nümayiş etdirərək tələbə adı qazanmış gəncləri maraqlandıran çoxsaylı sualları cavablandırıb, qəbul imtahanlarının gedişi, test suallarının məzmunu və qəbul kampaniyasının digər sahələri üzrə onların fikir, rəy və təklifləri ilə tanış olublar.

Xatırladaq ki, I ixtisas qrupuna riyaziyyat, fizika, mühəndislik və xüsusi qabiliyyət tələb edən memarlıq və dizayn ixtisasları daxildir. Bu qrup üzrə cari tədris ilində qəbul imtahanında 33932 abituriyent iştirak edib, onlardan 156 nəfəri 600-dən yuxarı bal toplayıb.

Qeyd edək ki, avqustun 19-da II qrup, 20-də III qrup, 21-də isə IV qrup üzrə qəbul imtahanında 600-dən yuxarı bal toplamış gənclərlərlə görüş keçiriləcək. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar