Təhsil

TQDK 34 neferin neticesini leğv edib

TQDK 34 neferin neticesini leğv edib. Abituriyentler qayda pozuntularına yol veribler.

· Xəbərçi
TQDK 34 neferin neticesini leğv edib
Avqustun 3-də II ixtisas qrupu üzrə qəbul imtahan vermiş 34 abituriyentin nəticəsi ləğv edilib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından ANS PRESS-ə verilən məlumata görə, onlar müxtəlif qayda pozuntularına yol verdiklərinə görə - imtahanın gedişinə mane olma, sual kitabçalarını dəyişməyə və köçürməyə cəhd etdiklərinə görə imtahandan xaric edilmiş və nəticələri ləğv olunub.

Qeyd edək ki, hazırda Komissiyada imtahan protokollarının və cavab kartlarının emal prosesi aparılır. Variantlar üzrə düzgün cavablar isə TQDK-nın saytında yerləşdirilib.

Şərhlər