TQDK 11 şagirdi buraxılış imtahanından xaric edib
25 İyun 2012 Bazar Ertəsi 16:05
Hazırda Komissiyada imtahan protokollarının və cavab kartlarının emalı aparılır.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sədri Məleykə Abbaszadə imtahan prosesini yaxından izləyib. M.Abbaszadə Qəbələ, Oğuz, Şəki və Balakən rayonlarındakı imtahan mərkəzlərinə baş çəkib, buraxılış imtahanlarının gedişini izləyib.

Qeyd edək ki, TQDK iyunun 24-də respublikanın bir sıra şəhər və rayonlarında, o cümlədən Şəki, Baləkən, Qax, Qəbələ, Oğuz, Mingəçevir, Göyçay, Ucar, Kürdəmir, Ağsu və Ağdaş da orta ümumtəhsil müəssisələrinin XI və IX sinif şagirdləri üçün mərkəzləşdirilmiş buraxılış imtahanları keçirib. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib.

İlkin məlumatlara əsasən müxtəlif binalarda 11 şagird müxtəlif qayda pozuntularına yol verdiklərinə, o cümlədən başqasının yerinə imtahana girmə, mobil telefonla imtahan binasına keçməyə cəhd, imtahanın gedişinə mane olma və köçürməyə cəhd etdiklərinə görə imtahandan xaric edilmiş və nəticələri ləğv olunub.

Hazırda Komissiyada imtahan protokollarının və cavab kartlarının emalı aparılır. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar