Texniki Universitetin binası təmir olunacaq
07 Dekabr 2012 Cümə 18:49
Prezidentin ehtiyat fondundan ilkin olaraq 3,5 milyon manat vəsait ayrılıb.
Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Texniki Universiteti binasının əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

ANS PRESS-in prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, universitetin binasının əsaslı təmiri və bərpası üçün Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Azərbaycan Texniki Universitetinə ilkin olaraq 3,5 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar