Teqaüdler artırıldı
30 Avqust 2013 Cümə 19:53
Dövlet başçısı bununla bağlı serencam imzalayıb.
Dövlət başçısı İlham Əliyev dövlət büdcəsinin vəsaiti hesabına təhsil alan doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdlərinin təqadlərini artırmaq haqda sərəncam imzalayıb.

ANS PRESS AzərTAc-a istinadən sərəncamı təqim edir:

1. Dövlət büdcəsinin vəsaiti hesabına təhsil alan doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdləri üçün müəyyən edilmiş təqaüdlərin məbləği artırılaraq aşağıdakı məbləğlərdə müəyyən edilsin:
1.1. Doktorantura pilləsi üzrə:
elmlər doktoru hazırlığı üzrə doktorantlara - 220 manat
fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara - 120 manat
1.2. Ali təhsil müəssisələrində:
adlı təqaüd alan tələbələrə – 120 manat
magistr pilləsi üzrə:
əla qiymətlərlə oxuyan tələbələrə – 105 manat
əla və yaxşı qiymətlərlə oxuyan tələbələrə – 85 manat
yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə – 55 manat
bakalavr pilləsi üzrə:
əla qiymətlərlə oxuyan tələbələrə – 95 manat
əla və yaxşı qiymətlərlə oxuyan tələbələrə – 80 manat
yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə – 50 manat
1.3. Orta ixtisas təhsili müəssisələrində:
əla qiymətlərlə oxuyan tələbələrə – 50 manat
əla və yaxşı qiymətlərlə oxuyan tələbələrə – 40 manat
yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə – 35 manat
1.4. İlk peşə-ixtisas təhsili müəssisələrinin şagirdlərinə – 35 manat
2. Təqaüdlərin ödənilməsi dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilsin.
3. “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 6 sentyabr tarixli 1085 nömrəli Sərəncamı (3-cü hissəsi istisna olmaqla) ləğv edilsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
5. Bu Sərəncam 2013-cü il sentyabrın 1-dən qüvvəyə minir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar