Telebelerin paytaxta gelmeleri ile bağlı çetinliyi olmayacaq
24 Avqust 2013 Şənbə 17:03
ANS PRESS Neqliyyat sektorunun yay mövsümünün sonuna hazırlığı ile maraqlandı.
Yeni dərs ilinin başlanması ərəfəsində bölgələrdə yaşayan tələbələrin paytaxta axını gözlənəlir. Kimi yenicə tələbə adı alaraq paytaxta, təhsil almağa gəlir, bəziləri də təhsilini davam etdirmək üçün Bakıya gələcək. Üstəlik Bakı kəndləri və rayonlarda istirahətə gedənlər də yay mövsümünün sona çatması ilə əlaqədar geri dönməyə başlayacaqlar.

ANS PRESS nəqliyyat sektorunun bu sıxlığın öhdəsindən gəlib-gəlməyəcəyini araşdırıb.

Bakı Beynəlxalq Avtovağzalı bölgələrdəki əhalini paytaxta düşımaq üçün əlavə avtobuslar göndərəcək. Bakı Beynəlxalq Avtovağzalının növbə rəisi Məhəmməd Abdullayevin ANS PRESS-ə verdiyi məlumata görə, bu proses sentyabrın 10-dan sonra başlayacaq.

Azərbaycan Dəmir yolları QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov tədris ilinin başlaması ilə əlaqədar sərnişindaşıma departamentində hazırlıq işlərinin görüldüyünü dedi. Hazırda vaqonlara texniki baxış keçirilir. “Sentyabrın 1-dən 4-nə kimi axının hansı istiqamətlərdən olacağı müəyyənləşəcək. Paytaxta axın əsasən Gəncə-Qazax bölgələrindən olacaq. Ümumilikdə bütün istiqamətdə hərəkət edən qatarlara 20 vaqon əlavə olunacaq. Həmin vaqonların biletləri elə həmin gün satılacaq. Tarif Şurasının qərarına əsasən biletlərin qiymətində dəyişiklik olmayacaq”, - deyə Nadir Əzməmmədov bildirdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar