Tələbələr üçün liderlik məktəbi
15 İyul 2010 Cümə Axşamı 14:20
“Liderlik Məktəbi” adlı layihə Lənkəranda başlayacaq.
Lənkəran şəhərində 1-ci və 2-ci kurs tələbələri üçün “Liderlik Məktəbi” adlı layihə həyata keçiriləcək. Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dəstəyi ilə keçiriləcək layihə 28 iyul tarixindən başlayacaq. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, liderlik məktəbində 39 ali təhsil müəsissəsindən 130 tələbənin iştirak edəcəyi gözlənilir. Layihə çərçivəsində tələbələrə liderlik və təşkilati quruculuq, ictimaiyətlə əlaqələr, layihələrin yazılması və idarə olunması, maliyyə vəsaitinin toplanması mövzuları üzrə təlimlər keçiriləcək.

Bununla yanaşı layihədə millət vəkilləri, müxtəlif dövlət orqanlarının nümayəndələri, tanınmış elm xadimləri və ziyalılarla tələbələrin görüşləri keçiriləcək, regionun tarixi yerlərinə ekskursiyalar təşkil ediləcək.
Layihə 4 avqust tarixinədək davam edəcək.

Qeyd edək ki, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı 2009-cu 20 noyabrda yaranıb. Ittifaq özündə dövlət və özəl olmaqla 39 ali təhsil müəsissəsini birləşdirir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar