Tələbələr peyntbol üzrə yarışacaq
09 Oktyabr 2010 Şənbə 17:15
Tələbələr peyntbol üzrə yarışacaq. Yarışa bazar ertəsi start veriləcək.
Ali təhsil müəssisələrinin tələbələrindən ibarət komandalar arasında peyntbol üzrə yarış keçiriləcək. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın ANS PRESS-ə verdiyi məlumata görə, yarış oktyabrın 11-də olacaq.

Yarışın keçirilməsində məqsəd gənclərimizin hərbi-vətənpərvərlik tərbiyəsini təmin etmək, onların asudə vaxtını səmərəli təşkil etmək, gənclər arasında ünsiyyət yaratmaq və onları zərərli vərdişlərdən çəkindirməkdir. Oyun Gənclər və İdman Nazirliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşəbbüsü ilə baş tutacaq.

Yarışda Bakı şəhərində fəaliyyət göstərən 24 ali təhsil müəssisinin komandalarından 120 nəfərin iştirakı nəzərdə tutulub. Yarış Respublika Stend Atıcılığı üzrə İdman Kompleksində saat 12.00-da gerçəkləşəcək. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar