Telebeler Mikayıl Cabbarova mektub yazacaqlar
13 May 2013 Bazar Ertəsi 06:49
Bakı Dövlət Universiteti öyrencileri dövlet imtahanlarının leğv edilmesini xahiş edirler.
Bakı Dövlət Universiteti 4-cü kurs tələbələri, Boloniya sisteminə qoşulmuş qabaqcıl ölkələrin universitetlərində müşahidə olunmayan, bizim ölkəmizdə də əksər universitetlərdə ləğv olunmuş may ayının son ongünlüyündə keçiriləcək dövlət imtahanlarının bizim universtetdə də ləğv olunması ilə bağlı təhsil naziri Mikayıl Cabbarova ərizə yazmaq niyyətindədirlər. Tələbələrin ANS PRESS-ə verdiyi məlumata görə, hazırda ərizənin forması üzərində iş gedir.
Burada əsas aşağıdakı əsaslar ləğv olunmaya səbəb kimi göstəriləcək:
1. Dünya universitetlərinin praktikasında olmaması. Bu, dünya standartlarına uyğunlaşması üçün islahatlara ehtiyacı olan təhsilimizə heç bir faydasının olmadığını, əksinə bəzi xoşagəlməz hallara zəmin yaratdığını göstərir.
2. Ölkəmizdəki bir sıra universitetlərdə olmaması, bizdə saxlanılması, bizim daha çox yükləməyimizə səbəb olur, bu isə ədalətli deyil.
3. Diplom işi yazan, semestr imtahanlarına, magistr imtahanlarının ikinci mərhələsinə hazırlaşan tələbələr üçün əlavə çətinlik törədir, ümümi keyfiyyəti aşağı salır. Həmçinin bu imtahanları biz əvvəlki illərdə semestr imtahanı şəklində verdiyimizdən, dövvlət imtahanı tələbəyə yeni heç nə qatmır, yuxarıda qeyd etdiyimiz kimi tələbənin əsas yaradıcı işi olan diplom müdafiəsinə hazırlığının keyfiyyətini aşağı salır.
DOSTLARINLA PAYLAŞ: