Telebeler bir-birlerine teqaüd verecek
01 Avqust 2013 Cümə Axşamı 14:58
Layihe önce Şimali Kipr Türk Cümhuriyyeətinin universitetlerinde tehsil alan telebeleri ehate edecek.
Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyəti “Tələbədən-tələbəyə” adlı layihəyə başlayır. “Media forum” saytına verilən məlumata görə, layihə öncə Şimali Kipr Türk Cümhuriyyətinin universitetlərində təhsil alan tələbələri əhatə edəcək: “98 ölkədən 50 minə yaxın tələbə layihəyə qoşularaq bir-birlərinə dəstək olmaq şansı qazanacaqlar. Layihədə iştirak edən tələbələr istədikləri vaxt icraçıların açdığı bank hesabına müəyyən məbləğ yatıracaqlar. Bununla da onlar bir-birlərinə, xüsusilə də imkansız tələbələrə yardım etmiş olacaqlar.

Əldə edilən məbləğ imkansız tələbələrin təhsil haqqının ödənilməsinə, yataqxana, yemək xərclərinə ayrılacaq. Eyni zamanda xaricdə təşkil olunan müxtəlif proqramlara, seminar və konfranslara qatıla bilməyən tələbələrə yardım ediləcək”.

Layihə bu ilin sentyabr ayından icra olunacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar